Kərim Benzema və Kilian Mbappe "Real" - PSJ matçından sonra 15 dəqiqə söhbət ediblər.
Newsport.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Madrid təmsilçisi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda parisliləri 3:1 hesabı ilə məğlub edib. Benzema sözügedən görüşdə het-trik edib, Mbappe isə fransızların yeganə qoluna imza atıb.
Oyun başa çatdıqdan sonra Madrid klubunun paltardəyişmə otağına bitişik otaqların birində futbolçular arasında 15 dəqiqəlik söhbət olub.
Qeyd olunur ki , PSJ-nin futbolçusunun anası da orada olub. Söhbətin təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, Mbappenin anası futbolçunun agenti ilə birlikdə oyunu izləyib.