"Bu, Donnarummanın günahı deyil"

"Real"ın hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda PSJ üzərində qələbəni (3:1) şərh edib.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, matçın çətin keçdiyini deyib: “Bizim azarkeşlərin dəstəyinə ehtiyacımız var idi. Qələbə onlar üçündür. Oyun çox çətin keçdi, lakin biz sona qədər mübarizə apardıq. Qələbəyə layiq idik. İlk oyunda 0:1 hesabı ilə uduzduq və azarkeşlərimiz final fitinə qədər bizə güc verdilər.

İlk qol? Bu, Donnarummanın günahı deyil. Bu, bütün komandanın  təzyiqidir. Qapıçı gözlədi və sonda topu itirdi. Bu da qola səbəb oldu. Onun etməli olduğu tək şey topdan qurtulmaq idi".

Fransalı hücumçu Madriddə hər şeyin fərqli olacağını  əvvəlcədən bildiklərini söyləyib: "Təzyiq  etdik, ancaq qol buraxdıq. Lakin şansımızın olacağına şübhə etmirdik".

Qeyd edək ki, Benzema PSJ il cavab görüşündə het-trikə imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right