Messi 15 il sonra...

PSJ-nin futbolçusu Lionel Messi son 15 ildə ilk dəfə Çempionlar Liqasının 1/8 final mərhələsində qol vurmağı bacarmayıb. 

Newsport.az xəbər verir ki, 34 yaşlı hücumçu PSJ ilə ilk matçda və ötən gecə keçirilən cavab oyununda fərqlənə bilməyib. Beləliklə, Messi son 15 ildə ilk dəfə ÇL-in 1/8 finalında qapını dəqiq nişan almayıb. 

Messi bu mərhələdə son dəfə "Barselona"nın heyətində 2007-ci ildə "Liverpul"la qarşılaşmalarda qol vurmayıb. 

Qeyd edək ki, Messi ötən ilin yayından PSJ-də oynayır. O, 2004-2021-ci illərdə Kataloniya klubunda çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right