"Messiyə bir şüşə şərab borcluyam" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"da işlədiyi vaxtları xatırlayıb. 

Newsport.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis goal.com-a açıqlamasında xüsusilə, komandanın sabiq oyunçusu Lionel Messi haqqında danışıb. O hazırda PSJ-nin formasını geyinən 34 yaşlı hücumçunu tərifləyib: 

"Mənim karyeram üçün Messi hər şeydir. O, məni uğurlu etdi. O vaxt "Barselona"da ideal yaşda çoxlu ulduzlar var idi. Klubda təcrübəli, yüksək səviyyəli futbolçular oynayırdı. Hamımızın arasında yaxşı münasibət var idi. Bu, həyatda bir dəfə olur. Xavi, İnyesta, Puyol... Bəli, Messi olmasaydı da da qalib gələrdik, amma hər dəfə yox. Messini Maykıl Cordan ilə müqayisə edirəm. Onlar altı kubok qazandılar. Mən də qazandım, çünki Messi bunu asanlaşdırdı. Mən Messiyə bir şüşə şərab borcluyam, çünki onun sayəsində daha yaxşı müqavilələr əldə etdim". 

Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə "Barselona"ya baş məşqçilik edib. Lionel Messi isə 2004-2021-ci illərdə bu komandada oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right