Ançelotti PSJ ilə oyun haqda "Özümüzə əminik"

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında PSJ ilə evdə keçirəcəkləri cavab matçı barədə danışıb. 

Newsport.az xəbər verir ki, ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Madrid təmsilçisinin 62 yaşlı çalışdırıcısı UEFA-nın rəsmi saytına açıqlamasında deyib: 

“Komandamız öz dəyərini bilir. İlk oyundakı məğlubiyyət çox ağrılı oldu. Buna baxmayaraq, şübhə etmirik ki, "Real" PSJ-nin ən yaxşı versiyası ilə belə bərabər şərtlərdə rəqabət apara bilər. Çox ümid edirəm ki, meydanda hamımız optimal “Real”ı görəcəyik. Son 3 həftədə fiziki hazırlığın üzərində səmərəli işləyə bildik. Parisdə ən yaxşı oyunumuzu göstərmədik, lakin indi biz özümüzdən əminik. Gecə yaxşı oyun göstərə biləcəyimizə inanırıq". 

Qeyd edək ki, görüş bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right