Polşa millisi DÇ-2022-nin pley-offunun finalına birbaşa yüksəlib.
Newsport.az FİFA-nın saytına istinadən xəbər verir ki, buna Rusiya yığmasının beynəlxalq turnirlərdən kənarlaşdırılması səbəb olub. Polşa finalda İsveç - Çexiya cütünün qalibi ilə oynayacaq.
Qurum həmçinin Şotlandiya - Ukrayna matçının iyun ayına təxirə salındığını açıqlayıb.
Xatırladaq ki, FİFA və UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə növbəti qərar açıqlanana qədər bu ölkənin millisini və klublarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.