"Kumanı daha tez istefaya göndərməliydik" Laporta

"Barselona"nın prezidenti Joan Laporta komandanın keçmiş baş məşqçisi Ronald Kuman haqda danışıb.

Newsport.az xəbər verir ki, klub rəhbəri AS nəşrinə açıqlamasında niderlandlı mütəxəssisi daha tez istefaya göndərməli olduqlarını etiraf edib:

“Artıq keçən mövsümün sonunda Kumana inamım azalmışdı. Lakin Ronald "Barselona"da işləməyə davam etmək istədiyini açıq şəkildə bildirdi. Statusuna hörmət edərək ona şans verdim, amma bir an gördüm ki, işlər yaxşı getmir. Heç nə yaxşı deyildi. Sonra vacib bir qərar verməli oldum. İnsanların hörmətini itirmədən bunu etdim.

Geriyə baxanda görürəm ki, bu qərarı daha əvvəl verməliydim. Mən intuisiyama qulaq asmalı oldum. Mən Ronaldı həmişə xatırlayacağam. Kuman inciyibsə, ümid edirəm ki, bu keçəcək".

Laporta yeni baş məşqçi Xavi haqda isə xoş sözlər söyləyib: "O, əla işləyir, klubu sevir, "Barselona"nı və bütün futbol mühitini yaxşı bilir. Əminəm ki, o, uzun illər “Barselona”nın məşqçisi olacaq və bizə böyük sevinc bəxş edəcək. Oyunçular futboldan həzz alırlar. Bu, Xavinin işidir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right