"Atletiko"nun baş məşqçisi Dieqo Simeone futbolçusu Joao Feliksi La Liqanın 27-ci turunda "Betis"lə oyundan sonra tərifləyib.
Newsport.az "AS"a istinadən xəbər verir ki, o, sözügedən matçda dubla imza atan portuqaliyalı oyunçu ilə bağlı deyib:
"Bütün insanların vaxta ehtiyacı var. Joao ondan istədiyimiz hər şeyi edir. O istedadlıdır və öz işini görür. Feliks çox yaxşı işləyir. O, mənə əsəbiləşməkdə davam edir, lakin zamanla hər şeyi başa düşəcək".
Feliks bu mövsüm La Liqada 19 oyuna çıxıb, 5 qol vurub və 3 qolun ötürməsini verib.