"Barselona"nın baş məşqçisi Xavi komandanın gənc futbolçusu Pedri haqda fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, "TMW"ə danışan ispaniyalı mütəxəssis gənc futbolçusunu Kataloniya klubunun sabiq futbolçusu Andreas İnyesta ilə müqayisə edib:
"Bu, artıq mənə təbii gəlir. Pedrinin oyununu görəndə artıq bu fikrə gəlirəm. İnanın, o, mənə İnyestanı xatırladır. Hərəkətləri, meydandakı düşüncələri bənzəyir. Pedri futbolda gördüyüm ən böyük istedaddı. O, təvazökardı və qorxaq deyil".