Əcnəbilərə Rusiya klubları ilə müqaviləni ləğv etmək icazəsi verilə bilər

FİFA və UEFA əcnəbi futbolçulara Rusiya Premyer Liqası (RPL) klubları ilə müqavilələri ləğv etməyə icazə verə bilər .

Newsport.az xəbər verir ki, bu barədə "Jutarnij List" məlumat yayıb. Bildirilib ki, belə bir qərar yaxın 7-10 gün ərzində verilə bilər. Əgər FİFA və UEFA əcnəbilərə RPL klubları ilə müqaviləni birtərəfli qaydada pozmağa icazə versə, bu, həmin futbolçuların gələcəyinə təsir etməyəcək və onlar cəzalandırılmayacaqlar.

Oyunçuların  İstanbul və ya Belqrad vasitəsilə Rusiyanı tərk etmək imkanının olması üçün qərarın ən qısa zamanda verilməsi planlaşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right