UEFA Rusiyanın hücumuna məruz qalan Ukrayna və qonşu ölkələrdəki qaçqın uşaqlara maliyyə yardımı ayırıb.
Newsport.az saytının məlumatına görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Ayrılan vəsaitin ümumi məbləği 1,1 milyon avrodur.
Vəsait Moldovaya sığınan miqrant uşaqlara və Ukraynadakı uşaq xəstəxanalarının dərman və digər tibbi ləvazimatlarla təmin olunmasına sərf ediləcək.
UEFA prezidenti və təşkilatın uşaq fondunun sədri Aleksander Çeferin bu barədə fikirlərini bildirib: “Uşaqlar münaqişə zamanı çox əziyyət çəkirlər və onların əsas hüquqlarını və sağlamlıqlarını qorumaq bizim borcumuzdur. Avropa futbolunun həmrəyliyi və tərəfdaşlarımızın dəstəyi sayəsində biz Ukrayna və qonşu ölkələrdəki uşaqların ciddi ehtiyac duyduğu yardımların bir hissəsini təmin edə biləcəyik".