"Mançester Yunayted"in sabiq hücumçusu Dimitar Berbatov komandanın futbolçusu Kriştiano Ronaldonun müdafiəsinə çıxıb .
Newsport.az "The Sun"a istinadən xəbər verir ki, o, "qırmızı şeytanlar"ın zəif nəticələrində təkcə portuqaliyalı oyunçunun günahkar olmadığını deyib: “Komandalar zəif nəticələr əldə edəndə həmişə ulduz futbolçular günahkardır, “Mançester Yunayted”də isə bu, Kriştiano Ronaldodur.
Meydanda on bir oyunçu var və günahı bölüşmək lazımdır. Ronaldo futbol dünyasının simvoludur və insanlar onun 37 yaşında olduğunu unutmamalıdırlar. Ona görə də Ronaldonun vaxtaşırı bir-iki pis oyun oynamasına icazə verilir. Amma problemin bu olduğunu düşünmürəm.
Ronaldo klub üçün kifayət qədər işlər görür, açıq-aydın insanlar ondan keçmiş uğurlarına görə daha çox şey gözləyirlər”.
Qeyd edək ki, Kriştiano son həftələrdə bütün yarışlarda 10 oyunda cəmi 1 qol vurduğu üçün tənqid olunur.