"Sabah"dan ayrılan qapıçı Saşa Stamenkoviçin yeni klubu müəyyənləşib.
Newsport.az xəbər verir ki, serbiyalı qolkiper karyerasını Qazaxıstanın "Aktobe" klubunda davam etdirəcək. Bu barədə Premyer Liqa təmsilçisinin saytı məlumat yayıb. 37 yaşlı qapıçı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Saşa 2016/2017 mövsümündə Qazaxıstanın "Okjetpes" klubunda çıxış edib. 2018-ci ildən "Sabah"da oynayan Stamenkoviçin ötən ilin dekabrında öz istəyi ilə müqaviləsi ləğv edilib.
Əlavə edək ki, Qazaxıstanda yeni mövsümə martın 5-i start veriləcək.