FİFA və UEFA Rusiyanın bütün klubları və bütün yaş qripları üzrə yığma komandaları beynəlxalq yarışlardan kənarlaşdırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Bu, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlıdı.
Rusiya millisi Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off oyunları oynamalı idi. Lakin FİFA və UEFA onları bütün turnirlərdən kənarlaşdırıb.