FİFA Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib.
Newsport.az-ın məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Rusiya millisi ev oyunlarını neytral meydanda azarkeşsiz keçirməlidi. Bununla yanaşı onların oyundan öncə himni səsləndirilməyəcək. Bununla yanaşı milli oyunlara Rusiya yığması adı ilə deyil, Rusiya Futbol İttifaqı komandası kimi çıxacaq.