Federasiya prezidenti: "Polşa millisi Rusiya ilə pley-off matçı keçirmək niyyətində deyil"

Polşa Futbol Federasiyasının prezidenti Çezari Kuleşa açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində Rusiya ilə matçı keçirmək niyyətində olmadıqlarını bildirib:

"Daha çox sözə ehtiyac yoxdur, hərəkət vaxtıdır. Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü kəskinləşdiyi üçün Polşa millisi Rusiya ilə pley-off matçı keçirmək niyyətində deyil. Bu, yeganə düzgün qərardır. FIFA-ya ortaq mövqe irə sürmək üçün İsveç və Çexiya Futbol Federasiyaları ilə danıçıqlar aparırıq".

Qeyd edək ki, pley-offun yarımfinalında Polşa millisi Rusiya ilə qarşılaşacaq. Bu cütün qalibi dünya çempionatına vəsiqə qazanmaq üçün İsveç - Çexiya görüşündə üstün olan tərəflə üz-üzə gələcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right