"Mançester Yunayted"in Portuqaliyalı ulduzu Kriştiano Ronaldo Ukraynaya dəstəyini ifadə edib.
Newsport.az-ın məlumatına görə, 37 yaşlı hücumçu instaqram səhifəsində paylaşım edib. O, dünyada sülhün olması üçün dua edəcəyini bildirib:
"Uşaqlarımız üçün daha yaxşı bir dünya yaratmalıyıq. Dünyamızda sülh olması üçün dua edirəm".