Braziliya millisinin baş məşqçisi Tite DÇ-2022-dən sonra baş məşqçi postunu tərk edəcək.
Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Qətərdə keçirilən mundialdan sonra nəticəyə baxmayaraq komandada qalmayacaq. Bu barədə Tite özü məlumat verib: "Bütün fikrimi komandadakı işimə yönəltmişəm. Amma öz sərhədlərimi də bilirəm. Bu, dünya çempionatının sonuna qədər olacaq".
2016-cı ildən Braziliya millisini çalışdıran təcrübəli mütəxəssis bu dövrdə yalnız 2019-cu ildə Amerika kubokunu qazanıb.