"Barselona" Ardanın formalarını satışa çıxardı

"Barselona" yeni transferi Arda Turanın formalarını satışa çıxarıb.

Newsport.az-ın İspaniya mətbuatına istindən verdiyi məlumata görə, klubun rəsmi mağazalarının vitrinlərində yer alan formanın üzərində nömrənin olmaması diqqət çəkib.

A.Turanın hələ Kataloniya təmsilçisi neçə nömrəli forma geyinəcəyi müəyyənləşməyib.

İspaniya mətbuatının iddiasına görə, türk yarımmüdafiəçi 6 (Xavinin Hernandesin keçmiş forması), 2 (Montoyanın keçmiş forması, 13 (Sonqun keçmiş forması) və ya 19 (Afellayın keçmiş forması) nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Barselona"nın bu mövsüm transfer etdiyi Aleiks Vidalın da forması nömrəsi hələlik bəlli deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right