Depay "Barselona"dan ayrılmaq istəyir

“Barselona”nın hücumçusu Memfis Depay mövsümün sonunda komandadan ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə Sport.es nəşri məlumat yayıb.

Niderland millisinin üzvü meydana az çıxmasında  narazıdır. Buna görə futbolçu komandasını dəyişmək istəyir. Onun sabiq komandası “Lion”la danışıq apardığı bildirilir.

Qeyd edək ki, 28 yaşlı  futbolçu ötən ilin yayında "Lion”dan azad agent kimi "Barselona"ya keçib. O, bu mövsüm bütün turnirlərdə keçirdiyi 23 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right