Mbappenin anası Madriddə ev axtarır

PSJ-nin hücumçusu Kilian Mbappenin anası Madriddə ev axtarır.

Newsport.az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, ötən həftə qadın İspaniyanın paytaxtında mənzillə bağlı tövsiyələr istəyib. Qeyd olunur ki, hücumçunun anası La Moralejanın zəngin bölgəsində iki evlə maraqlanıb.

Paris təmsilçisi ilə bu mövsümün sonunda müqaviləsi başa çatacaq 23 yaşlı oyunçunun yayda "Real"a azad agent kimi keçəcəyi barədə xbərlər yayılıb. Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Mbappe “Park de Prens” stadionunda Madrid klubuna yeganə qolu vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right