"Atletiko" səviyyəsini yüksəltməlidir"

"Atletiko"nun qapıçısı Yan Oblak bu mövsüm komandadakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.

Newsport.az "Football İspana"ya istinadən xəbər verir ki, o, hazırda çətin vəziyyətdə olduqlarını deyib: "Hamımız yaxşılaşmalıyıq. "Atletiko"nun düşdüyü vəziyyət narahatedicidir. Bu klub gözlədimiz mövqedı deyil.  Növbəti mövsüm Çempionlar Liqasına düşmək istəyiriksə, səviyyəmizi yüksəltməliyik".

Hazırda "Atletiko" 24 oyunda 39 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində 5-ci yerdədir. Komanda dünən evdə autsayder "Levante"yə 0:1 hesabı ilə uduzub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right