“Barselona”nın futbolçusu “Napoli” ilə oyunu buraxacaq

“Barselona”nın müdafiəçisi Ronald Arauxo Avropa Liqasının 1/8 final mərhələsinin “Napoli”yə qarşı ilk oyununu buraxacaq.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Espanyol”la matçda (2:2) zədələnən 22 yaşlı futbolçu bu gün ümumi qrupda məşq etməyib.

Uruqvaylı futbolçunun La Liqada bazar günü “Valensiya”ya qarşı keçirəcəkləri oyuna kimi hazır olmaq ehtimalı var.

“Barselona” fevralın 17-də “Napoli”ni qəbul edəcək. Qarşılaşma saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right