Ançelotti: "Hələ heç nə başa çatmayıb"

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsində ötən gecə PSJ-yə uduzduqları matç (0:1) barədə danışıb. 

Newsport.az xəbər verir ki, 62 yaşlı mütəxəssis cavab görüşündə Paris təmsilçisini məğlub edəcəklərinə inandıqlarını deyib: 

"PSJ qələbəyə layiq idi. Ancaq biz özümüzə güvənirik. Cavab oyununda doğma meydanda, öz azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Düzdür, PSJ daha şanslıdır. Amma hələ heç nə başa çatmayıb. Qarşıda daha bir 90 dəqiqə var". 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 9-u Madriddə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right