"Futbol oynamaq istəyəndə nəfəsim kəsilir"

Argentina millisinin və “Barselona”nın sabiq futbolçusu Serxio Aquero karyerasını bərpa edib-etməyəcəyi ilə bağlı suallara cavab verib. 

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ürəyində problem olduğuna görə futbolla vidalaşan 34 yaşlı keçmiş hücumçu hələ də səhhətinin yaxşılaşmadığını bildirib: 

“Yenidən futbol oynayıb-oynamayacağımı düşünürəm. İndi futbol oynamağa çalışanda nəfəsim kəsilir. Bəzən düşünürəm ki, nə vaxtsa yenidən tam gücümlə qaça biləcəyəmmi? Sadəcə ürəyimin düzgün işləmədiyini hiss edirəm”. 

Qeyd edək ki, Aquero ötən il oktyabrın 30-da “Barselona”nın heyətində “Alaves”lə matçda (1:1) ürəyindəki problemə görə əvəzlənib və həmin vaxtdan sonra yaşıl meydanlara qayıtmayıb. O, dekabrın 15-də karyerasını bitirdiyini açıqlayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right