"Sabah"ın sabiq futbolçusu Serbiya klubunda

Ötən ilin oktyabrında "Sabah"dan ayılan Petar Şkuletiçin yeni klubu müəyyənləşib.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, serbiyalı hücumçu karyerasını ölkəsinin Superliqa təmsilçisi "Baçka Topola"da davam etdirəcək.

Qeyd edək ki, P.Şkuletiç ötən ilin sentyabrında "Sabah"a transfer olunmuşdu. Ancaq 31 yaşlı oyunçu şəxsi məsələləri səbəbindən bir ay sonra klubla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right