Braziliya - Argentina matçı yenidən keçiriləcək?

Braziliya - Argentina matçı yenidən keçiriləcək.

Newsport.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oynanılan, amma çıxan problemlərə görə yarımçıq dayandırılan görüş haqda yekun qərar verilib.

FİFA oyunun yenidən keçirilməsin qərar versə də, matçın keçiriləcəyi məkan və zaman ahqda məlumat verməyib.

Ali futbol qurumu həmin oyuna görə Argentina millisinin futbolçuları - Emiliano Martines, Emiliano Buendiya, Covanni Lo Çelso və Kristian Romeronu 2 oyunluq diskvalifikasiya edib.

Braziliya Futbol Federasiyası təhlükəsizlik qaydalarını yerinə yetirə bilmədiyinə görə 500 min İsveçrə frankı, Argentina Futbol Assosiasiyası isə matç öhdəliklərinə əməl etmədiyinə görə 200 min İsveçrə frankı məbləğində cərimələnib.

​Xatırladaq ki, 2021-ci ildə sentyabrın 5-də Sao Pauloda keçirilən Braziliya - Argentina görüşü başladıqdan 4 sonra dayandırılmışdı. Argentina millisinin üzvləri Emiliano Martines, Emiliano Buendiya, Lo Çelso və Kristian Romero 10 günlük karantin qaydalarına əməl etmədiklərinə görə, meydana yerli polis və miqrasiya xidmətinin əməkdaşları daxil olmuş, sonda isə Argentina millisi meydanı tərk etmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right