Eriksen ad günündə meydana çıxdı, qol ötürməsi verdi

"Brentford"un yeni transferi Kristian Eriksen komandanın heyətində ilk oyununu keçirib. 

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, Danimarka millisinin üzvü "Sauthend Yunayted"lə yoxlama görüşündə (3:2) 60 dəqiqə meydanda olub. Bu gün 30 yaşını qeyd edən futbolçu 1 qolun ötürməsini də verib.

Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu. O, sözügedən hadisədən sonra bu gün ilk dəfə oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right