"Barselona"da ciddi itki

"Barselona” ciddi itki ilə üzləşib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Ronald Arauxo zədələnib.

La Liqanın 24-cü turunun “Espanyol”la oyununda (2:2) zədələnərək fasilədə Erik Qarsiya ilə əvəzlənən uruqvaylı futbolçunun əzələsində zədə aşkarlanıb.

O, fevralın 17-də, Avropa Liqasının pley-off mərhələsinin “Napoli” ilə keçiriləcək matçında iştirak etməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right