“Real” xal itirdi, “Atletiko” qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında 24-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Sevilya” “Elçe”ni qəbul edib və inamlı qələbəyə sevinib.

Şənbə günü daha dörd görüş baş tutub. Lider “Real” səfərdə “Vilyarreal”la qarşılaşıb. Madrid təmsilçisi bu oyundan qolsuz və 1 xalla ayrılıb. “Kadis” – “Selta” matçında da qapılara qol vurulmayıb. “Osasuna” səfərdə “Rayo Valyekano”nu 3 cavabsız qolla üstələyib. Madrid “Atletiko”su isə evdə “Xetafe” ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı matç paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb.

“Barselona” isə bu turda Kataloniyanın digər təmsilçisi “Espanyol”la üz-üzə gələcək.

İspaniya La Liqası, 24-cü tur

11 fevral

Sevilya – Elçe 2:0
Qol:
P.Qomes, 70. Mir, 76.

12 fevral

Kadis – Selta 0:0

Vilyarreal – Real 0:0

Rayo Valyekano – Osasuna 0:3
Qol:
Monkayola, 8. R.Qarsiya, 40. K.Qarsiya, 90+3.

Atletiko – Xetafe 4:3
Qol:
Korrea, 19; 45+4. Kunya, 27. Hermoso, 89 – Mayoral, 30. E.Ünal, 37; 42.

13 fevral

17:00 Alaves – Valensiya
19:15 Levante – Betis
21:30 Real Sosyedad – Qranada
00:00 Espanyol – Barselona

14 fevral

00:00 Malyorka – Atletik

Bombardir: Kərim Benzema (“Real”) – 17 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right