"Zidanın adının PSJ ilə hallanması məni narahat etmir"

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Zinəddin Zidanın komandanı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, argentinalı mütəxəssis “Cadena Ser”ə açıqlamasında deyib:

"Zidanı PSJ-də görürəmmi? Bilmirəm, qərar vermək mənə aid deyil. Zidan əla məşqçidir. O, artıq “Real”da bunu sübut edib. O, dünyanın istənilən komandasını çalışdıra bilər. Üstəlik, fransızdır. İdman direktorundan və ya prezidentdən soruşmaq lazımdır.

Bu vəziyyət məni narahat edir? Yox, yox, yox. PSJ kimi məşhur klubda çalışanda başa düşürsən ki, belə söhbətlərlə rastlaşa bilərsən. Bu sizin məsuliyyətinizdir. Bunu qəbul etməlisiniz, əks halda mən sizinlə PSJ-nin baş məşqçisi kimi danışa bilməzdim".

Qeyd edək ki, Zidan “Real”dan ayrıldıqdan sonra - 2021-ci ilin yayından işsizdir. Madrid klubu Zidanla 11 kubok qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right