Qvardiola: "Dünyanın ən yaxşı komandaları "Çelsi" və "River Pleyt"di"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola dünyanın ən yaxşı klublarının adını açıqlayıb.

 

Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Mançester Siti"nin dünyanın ən yaxşısı olmadığını deyib. O, "Çelsi" və "River Pleyt"in daha yaxşı olduğunu bildirib:

 

"Biz dünyanın ən yaxşı komandası deyilik. Çempionlar Liqasının qazanan "Çelsi" ya da Cənubi Amerika çempionu "River Pleyt" ən yaxşı iki komandadır".

 

Qeyd edək ki, "Mançester Sİti" hazırda İngiltərə Premyer Liqasında 60 xalla turnir cədvəlinə başçılıq edir. "Şəhərlilər" ən yaxşın izləyiciləri "Liverpul"u 12, "Çelsi"ni isə 13 xal qabaqlayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right