"Mançester Siti" "Boka Xuniors"un futbolçularını transfer edə bilər.
Newsport.az-ın məlumatına görə, “şəhərlilər”in transfer siyahısına 2 futbolçunun adı düşüb.
İngiltərə təmsilçisi Argentina klubunun müdafiəçisi Valentin Barko və Ezekiel Zebalyosu transfer etmək niyyətindədi.
19 yaşlı Zebalyos 2020-ci ildən “Boka Xuniors”un əsas komandasında çıxış edir.
17 yaşlı Barko isə ötən il əsas komandada debüt edib. Yayda "Mançester Siti" hər 2 futbolçu üçün "Boka Xuniors"a 10 milyon avro təklif edəcək.