Futbol üzrə İspaniya La Liqasında 23-cü tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Autsayder “Levante” səfərdə “Xetafe”nin qonağı olub. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.
Şənbə günü dörd qarşılaşma baş tutub. “Elçe” “Alaves”i, “Malyorka” “Kadis”i, “Selta” isə “Rayo Valyekano”nu məğlub yola salıb. İkinci pillədə qərarlaşan “Sevilya” isə səfərdə “Osasuna” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.
Lider “Real” bu turda “Qranada”nı qəbul edib və minimal hesabla qalib gəlib. Turun mərkəzi görüşündə “Barselona” “Kamp Nou”da Madridin “Atletiko” komandası ilə qarşılaşıb. Altı qolun qeydə alındığı bu oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
İspaniya La Liqası, 23-cü tur
4 fevral
Xetafe – Levante 3:0
Qol: E.Ünal, 1; 29. Alena, 90+5.
5 fevral
Elçe – Alaves 3:1
Qol: Milla, 46; 58. Fidel, 86 – Xoselu, 18.
Malyorka – Kadis 2:1
Qol: Sevilya, 20-pen. Muriqi, 66-pen – Alkaras, 8.
Selta – Rayo Valyekano 2:0
Qol: Mendes, 12; 80.
Osasuna – Sevilya 0:0
6 fevral
Valensiya – Real Sosyedad 0:0
Barselona – Atletiko 4:2
Qol: Alba, 10. Qabi, 21. Arauxo, 43. D.Alveş, 49 – Karrasko, 8. L.Suares, 58.
Betis – Vilyarreal 0:2
Qol: Torres, 41. Kapue, 83.
Real – Qranada 1:0
Qol: Asensio, 74.
7 fevral
00:00 Atletik – Espanyol
Bombardir: Kərim Benzema (“Real”) – 17 qol.