Dani Alveş: "Xavi bu qərarı qəbul edərkən üzüləcəyimi bilirdi"

"Barselona"nın futbolçusu Dani Alveş adının komandanın Avropa Liqası üçün heyətinə daxil edilməməsi barədə danışıb.

Newsport.az-ın məlumatına görə, braziliyalı müdafiəçi komandadakı rolunu dərk etdiyini söyləyib:

"Xavi bu qərarı qəbul edərkən üzüləcəyimi bilirdi. Ancaq komandadakı yerimin və rolumun fərqindəyəm. Neqativ enerjinin mənə hakim olmasına icazə verməyəcəm".

"Barselona" yalnız 3 yeni oyunçunun adını sifariş edə biləcəyindən Dani Alveş kənarda qalıb. Katalonlar Ferran Torrres, Pyer-Emerik Obameyanq və Adama Traorenin adını siyahıya əlavə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right