İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.
Newsport.az məlumatına görə, finala vəsiqə uğrunda “Valensiya”, “Atletik”, “Rayo Valyekano” və “Betis” klubları mübarizə aparacaq.
Püşkə əsasən, “Valensiya” yarımfinalda “Atletik”lə üz-üzə gələcək. “Rayo Valyekano” isə “Betis”lə qarşılaşacaq.
İspaniya kubokunda yarımfinal görüşləri əvvəlki mərhələlərdən fərqli olaraq, ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar 9-10 fevralda, cavab görüşləri isə 2-3 matda baş tutacaq.
İspaniya kuboku, yarımfinal
"Valensiya" – "Atletik"
"Rayo Valyekano" – "Betis"