“Barselona”nın yeni transferi Pyer-Emerik Obameyanqın klubdakı gəliri müəyyənləşib.
Newsport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, qabonlu hücumçu həftəyə 5 min avro maaş alacaq. Bu, hazırkı mövsümün sonuna kimi davam edəcək. Yeni mövsümdən isə Obameyanqın maaşı artırılacaq.
Qeyd edək ki, Obameyanqın “Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə münasibətləri korlandığı üçün London klubu onunla yolları ayırıb.
“Barselona”nın Obameyanqla azad agent kimi 18 aylıq müqavilə imzaladığı bildirilir. Klubun bununla bağlı bu gün açıqlama yayacağı gözlənilir.