Xavi Dembelenin gələcəyi üçün Laporta ilə görüşəcək

"Barselona"nın baş məşqçisi Xavi bu gün klub prezidenti Joan Laporta və direktor Mateu Alemani ilə görüşəcək. 

Newsport.az xəbər verir ki, onlar komandanın futbolçusu Usman Dembelenin gələcəyini müzakirə edəcəklər. Bu barədə AS nəşri məlumat yayıb. 

Daha əvvəl xəbər verdiyimiz kimi, klub 24 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq üçün razılaşa bilməyib. Həmçinin "Barselona" Dembeleyə alıcı da tapmayıb. Əvvəlcə PSJ və "Mançester Yunayted" onu heyətinə qatmaq istəsə də, daha sonra hər iki klub transferdən imtina edib. 

Qeyd edək ki, Dembele bu mövsüm 6 matçda 2 qolun ötürməsini verib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right