"Qəbələ"yə keçidi alınmayan futbolçu öldü

Çinin “Çindao Hayno” klubunun serbiyalı yarımmüdafiəçisi Qoran Qoqiç dünyasını dəyişib. 

Newsport.az-ın məlumatına görə, futbolçu məşqdən sonra avtobusda gedərkən ürəyi dayanıb.
29 yaşlı yarımmüdafiəçi dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, 2014-cü ildə “Srvena Zvezda”nın heyətində Serbiya çempionu olub və ötən mövsümdən Çin klubunda çıxış edirdi. Yarımmüdafiəçi 2013-cü ildə “Qəbələ”də baxışda olsa da, bəyənilməyərək, geri göndərilmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right