"Futbol böyük pulların dövr etdiyi oyundur"

"Barselona"nın futbolçusu Jera Pike komanda yoldaşı Usman Dembelenin klubla yeni müqavilə imzalamaq üçün razılaşa bilməməsi barədə danışıb. 

Newsport.az xəbər verir ki, o, AS-a açıqlamasında deyib: “Futbol elə bir oyundur ki, orada böyük pullar dövr edir. Hər kəs öz maraqlarını müdafiə edir. Mən hər iki tərəfi başa düşürəm. Onlar ən yaxşı həll yolunu tapmalıdırlar”.

Qeyd edək ki, "Barselona" Usman Dembeleyə yeni müqavilə təklif etsə də, oyunçu sözləşmənin şərtləri ilə razılaşmayıb. Həmçinin PSJ və "Mançester Yunayted" də futbolçunu transfer etmək fikrindən daşınıblar. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right