Son günlər Arda Turanın “Barselona”ya transfer olunacağıyla bağlı xəbərlər gündəmdən düşmür.
Newsport.az-ın məlumatına görə, Katalon klubunun prezidenti Xosep Maria Bartomeu bu məsələylə rəsmi “tvittür” səhifəsindən açıqlama verib:
“Bu mövsüm uğurlara çatmaq üçün edəcəyimiz çox şey var. Arda Turan transferi üçün idarə heyəti imza səlahiyyətindən istifadə etməlidir. Bu istək baş məşqçimiz Luis Enrikedən gələn bir istəkdir. Arda Turanın xərclərinin ən az 35 milyon avro olacağını bilirəm. Ancaq klub nümayəndələri xərci aşağı salmağa çalışır. Baş məşqçinin istədiyi oyunçunu komandaya qazandırmaq idarə heyəti üçün doğru bir addım olacaq. Biz texniki heyətimizə müvəffəqiyyətli və klubumuzun ən yaxşı şəkildə təmsil edəcək oyunçuları təqdim edirik”.