Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Arda Turan İngiltərə Premyer Liqasında oynamağa üstünlük verir.
Newsport.az-ın məlumatına görə, İspaniya mətbuatının məlumatına görə türk futbolçu "Barselona"dan təklif almayıb. Katalonlar prezident seçkilərinə qədər transfer həyata keçirmək fikrində deyillər.
"Atletiko" rəhbərliyi isə Ardanın agentinə və özünə iyulun 8-nə qədər transfer məsələsini həll edəcəyinə söz verib.
Məlumata görə futbolçu İPL-də oynamaq istəyir. Məlumata görə Arda artıq "Mançester Yunayted"lə razılığa gəlib, lakin "Çelsi"nin də təklifini gözləyir. Hazırda 28 yaşlı futbolçu üçün ən sərfəli təklifi məhz "Mançester Yunayted" edib.