Messi Pikedən niyə narazıdır?

PSJ-nin hücumçusu Lionel Messi sabiq komanda yoldaşı Jerar Pikenin hərəkətindən məyus olub.

Newsport.az xəbər verir ki, bu haqda ispan jurnalist Luis Kanat TV-3 kanalındakı verilişdə bildirib.

Onun sözlərinə görə, Pike Messinin “Barselona”da qalması üçün öz maaşının azaldılmasına razı olmayıb: “Pikenin Messi gedəndən sonra klubla yeni müqavilə bağlaması argentinalıya pis təsir edib. Messi hesab edir ki, klubda onu satıblar. Pike Messi getməyənə qədər “Barselona” ilə müqavilənin müddətini uzatmırdı. Messinin fikrincə, onun komandada qalması üçün Pike müqaviləni daha erkən imzala bilərdi”.

Xatırladaq ki, Messi PSJ ilə 2021-ci ilin yayında azad agent kimi müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right