"Barselona"ya qarşı çıxdı, əməliyyatdan imtina etdi

"Barselona"nın yarımmüdafiəçisi Ansu Fati əməliyyatdan imtina edib

Newsport.az "Diario Sport"a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu konservativ müalicəyə üstünlük verib.

Bir neçə gün ərzində Fati və ailəsi baş məşqçi Xavi və doktor Rikard Pruna da daxil olmaqla  Kataloniya klubunun müxtəlif təmsilçiləri ilə görüşüblər. Hər iki mütəxəssis Ansunun əməliyyat olunmasını istəyib. "Barselona" ispaniyalıya  daha əvvəl Usman Dembeleni əməliyyat etmiş Finlandiyadakı mütəxəssislərin yanına getməyi tövsiyə edib.

Fati əməliyyata razılıq versəydi, 4-6 ayı buraxacaqdı. Konservativ müalicə ilə bərpa müddəti çox qısadır - 6 həftədən 8 həftəyə qədər.

"Barselona"nın mövqeyinə baxmayaraq, Fati konservativ müalicəyə üstünlük verib. O, İspaniya kubokunda "Atletik"lə (Bilbao) matçda (2:3) aldığı zədəni etibar etdiyi mütəxəssislərlə sağaldacaq.

Klub artıq Fatinin qərarından xəbərdardır. Onu qərarını dəyişdirməyə razı salmağa çalışırlar, amma bu, çətin olacaq. 

Qeyd edək ki, Fati bu mövsüm La Liqada 5 oyunda 3 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right