"Çelsi"nin müdafiəçisi Sezar Aspilikueta karyerasını "Barselona"da davam etdirəcək.
Newsport.az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, 32 yaşlı oyunçu bu yay azad agent kimi Kataloniya klubuna keçəcək. Tərəflər 3+1 illik müqavilə imzalayacaqlar.
Qeyd edək ki, Aspilikueta "Çelsi" ilə 2022-ci ilin yayında başa çatacaq müqaviləni yeniləmək istəmir.