“Atletiko”nun futbolçusu İvan Şaponyiç karyerasını Slovakiyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 24 yaşlı hücumçu “Slovan” klubuna keçib. Bu barədə Bratislava təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şaponyiç yeni klubu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
2019-cu ilin yayından “Atletiko”da çıxış edən serbiyalı hücumçu Madrid təmsilçisində ümumilikdə 5 oyuna çıxıb.