İspaniyanın “Atletik” klubunun futbolçusu İker Muniain koronavirusa yoluxub.
Newsport.az-ın məlumatına görə, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.
“Atletik”in kapitanı bu mövsüm La Liqada 20 oyunda 2 qol vurub.