"Atletiko"dan ayrılıb, bu kluba keçdi

“Atletiko” futbolçusu İvan Şaponyiçlə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı hücumçu karyerasını Slovakiyada davam etdirəcək.

O, “Slovan” klubuna keçib. Bu barədə Bratislava təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şaponyiç yeni klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, 2019-cu ilin yayından “Atletiko”da çıxış edən serbiyalı hücumçu Madrid təmsilçisində cəmi 5 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right