Fati yenə zədələndi

“Barselona” daha bir itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Ansu Fati növbəti dəfə sıradan çıxıb. O, İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Atletik”lə görüşdə zədələnib. Qarşılaşmanın 61-ci dəqiqəsində meydana daxil olan Fati 35 dəqiqə sonra sol ayağından xəsarət alaraq əvəzlənib. Meydanı göz yaşları içində tərk edən 20 yaşlı oyunçunun durumu tibbi müayinədən sonra müəyyənləşəcək.

Qeyd edək ki, 2020-ci ilin noyabrında dizindən zədə alan Ansu Fati ötən ilin sentyabrına qədər yaşıl meydanlardan uzaq qalmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right