Hazard Premyer Liqada oynamaq istəmədi

“Real”ın futbolçusu Eden Hazard İngiltərə Premyer Liqasında oynamaqdan imtina edib. 

Newsport.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. “Nyukasl” 31 yaşlı yarımmüdafiəçi üçün Madrid təmsilçisinə bonuslar daxil olmaqla 50 milyon avro təklif edib. Lakin Hazard “Nyukasl”a keçmək istəməyib. 

Xəbərdə o da bildirilib ki, Hazard yalnız “Çelsi” kimi böyük bir kluba transfer olunacağı halda “Real”dan ayrılmağa hazırdır. 

Qeyd edək ki, Hazardın Madrid təmsilçisi ilə sözləşməsi isə 2024-cü ilin yayına qədərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right